Rusiya İrəvandakı ABŞ diplomatlarının sayından narahatdır
Bu barədə Rusiya Təhlükəsizlik Şurasında bildirilib
Rusiya Təhlükəsizlik Şurası hesab edir ki, Ermənistanda çoxlu sayda amerikalı diplomat var.
Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistandakı Amerika səfirliyinin 3000 nəfərlik heyəti var ki, bu da belə kiçik bir ölkə üçün çoxdur.

"Bilmirəm, bəlkə də Ermənistan çox gözəl bir ölkədir, mətbəxi əladır, ya da bəlkə də Amerika vətəndaşları orada yaşamağı və işləməyi sevirlər. Bəlkə də buna görədir, ya da bəlkə də başqa bir səbəbdən", - deyə o bildirib.Lakin Şevtsov Amerika diplomatik missiyasının heyəti barədə qiymətləndirməsini hansı məlumatlara əsaslandığını dəqiqləşdirməyib.
1 dəqiqədən az