Sankt-Peterburqda MDB liderlərinin görüşü keçiriləcək
Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib
Dekabr ayının sonunda Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək”, - Rusiya rəsmisi deyib.