Lavrov Suriyadakı vəziyyətlə bağlı Fidana zəng edib
Rusiya XİN rəhbəri türkiyəli həmkarına Suriyadakı gərginliklə bağlı müraciət edib
Noyabrın 30-u axşam saatlarında TASS agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyəti Türkiyənin xarici işlər naziri Hakan Fidanla müzakirə edib.
Hələb və İdlibin çöllərində yerləşən “Cəbhət ən-Nusra” (Rusiya Federasiyasında terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) ilə əlaqəli silahlı terror təşkilatları noyabrın 27-də geniş cəbhədə böyük hücuma keçib.
Noyabrın 30-da “Reuters” Suriya ordusuna istinadən xəbər verib ki, “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının (Rusiya Federasiyasında terrorçu kimi tanınan və qadağan olunmuş təşkilat) üsyançıları Hələbə daxil olub və onlarla hərbçinin öldürüldüyü məlum olub. Daha sonra agentlik mənbələrə istinadən yazıb ki, yaraqlılar İdlib əyalətinin Maarrat ən-Numan şəhərini də ələ keçirib və bununla da bütün əyalətə nəzarəti ələ keçiriblər.