XƏBƏRLƏR / Sağlamlıq

Lənkəranda azyaşlı qızılcadan öldü

Ailənin digər 4 yaşlı övladında da hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib.

Lənkəranda azyaşlı qızılcadan öldü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Lənkəranda 3 yaşlı uşaq qızılca xəstəliyindən dünyasını dəyişib.

    Hadisə rayonun Şirinsu qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, Qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. O, ev şəraitində müalicə alıb, hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün isə azyaşlıda yenidən qızdırma yaranıb və evə təcili yardım çağrılıb.

    Təcili yardım uşağa ilkin tibbi yardım göstərib və uşağı təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib.

    Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadədə də hərarət müşahidə olunduğundan Bakıya xəstəxanaların birinə göndərilib.

    Qeyd edək ki, bundan əvvəl  noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də Kürdəmir rayonunda Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dekabrın 5-i Neftçala rayonunun Aşağı Surra kəndində 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı, dekabrın 13-ü Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu, dekabrın 15-də isə Şəmkirdə 2019-cu il təvəllüdlü H. Allahyarov qızılcadan dünyasını dəyişib.