XƏBƏRLƏR / Sağlamlıq

Qarlı hava şəraiti ilə əlaqələdar 90 nəfər xəsarət alıb

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

Qarlı hava şəraiti ilə əlaqələdar 90 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 24-dən indiyədək 90 nəfər müraciət edib.

    Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 15 nəfər əməliyyat üçün stasionara qəbul edilib.