XƏBƏRLƏR / Sağlamlıq

Qarlı havaya görə 347 nəfər təcili yardıma müraciət edib

Bu barədə TƏBİB-dən bildirilib

Qarlı havaya görə 347 nəfər təcili yardıma müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarlı havaya görə indiyədək 347 nəfər təcili tibbi yardıma müraciət edib.

    Bu barədə TƏBİB-dən bildirilib. 

    Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb. Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub.