ÜST: Qəzzada yaralılar narkozsuz əməliyyat olunur
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat verib
Fələstinin Qəzza zolağında dərman qıtlığı səbəbindən yüzlərlə yaralı narkozsuz əməliyyat olunur.
Bu barədə “Əl-Cəzirə” telekanalına Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.
"Qəzza zolağında yüzlərlə yaralı anesteziyasız əməliyyat olunur", - ÜST qeyd edib. Təşkilat Qəzzaya 26 tona yaxın tibbi yardımın çatmasını gözlədiyini bildirib.
ÜST həmçinin İsrail ordusunu tibb müəssisələrini atəşə tutmamağa çağırıb.