Qəzzaya dərman tədarükü dayandırıldı
Ümumdünya Səhiyyə Təşkilatının məlumatı yayılıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb.
ÜST-ün Fələstin ofisinin müvafiq açıqlaması KİV-də yayılıb.
"Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib", - açıqlamada deyilir.
Bildirilib ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.