Tələbə qızılcadan vəfat etdi
İbayeva Sevil Cabbar qızı ötən ayın 26-dan xəstəxana müalicə alırmış
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
Rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, o, ötən ayın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.