Lerikdə "Ford Transit" aşıb, ölən var YENİLƏNİB
Hadisə Zenoni kəndi istiqamətində qeydə alınıb

12:00
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır.
Bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
***
11:31
Lerikdə "Ford Transit" markalı nəqliyyat vasitəsi aşıb, ölən və xəsarət alanlar var.
Hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford Transit" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.