XƏBƏRLƏR / İctimaiyyət

Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır

AAYDA xəbər verir

Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

    VİDEO

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

    Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

    Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

    Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.