
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərini göndərdikdən sonra Los-Ancelesdə miqrantların etiraz aksiyası kəskinləşib.
Etirazçılar ən azı iki "Waymo" sürücüsüz avtomobilini yandırıblar.
Aksiyanı dağıtmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.
Yüzlərlə etirazçı Los-Anceles şəhərinin mərkəzindəki Metropolitan təcridxanasının qarşısına toplaşaraq saxlanılan miqrantların azad edilməsini tələb edir. Üç gündür davam edən aksiyalarda saxlananların sayı 100 nəfəri keçib.