BLOQ

Lüt-üryan kinomuz...

Kino günündə kinosuz qalan günümüz...

Lüt-üryan kinomuz...
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Dünən Kino Günü ilə əlaqədar Nizami Kino Mərkəzinə getmişdik. Kino cameəsinin yanından “ötüb-keçən” hər kəs zalda idi. Mərasim Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə keçirilirdi.

    Arxa sıralarda əl çalırdılar ki, tədbiri başlasınlar... Düz, 35 dəqiqə geçikdi...

    Nəhayət... Ümumummilli Lider Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası mövzusunda videoçarxın nümayişi başlandı.

    Səhnəyə aparıcılar çıxdı – hətta intonasiya tonu ilə bir-birinə zidd idilər. Qızın geyim tərzi isə ümumiyyətlə səhnəlik deyildi. Düzdür, tanımırdım, amma məndən bir sıra qabaqda oturanlar ”Bu niyə belə çıxıb səhnəyə? Elə bil “plyaj”a gəlib” deyirdilər. Maraqlandım ki, səhnəyə çıxan bu lüt-üryan kimdir? Dedilər Günəş adlı aktrisadır. Hələ üstəlik, “bu gün xodgedən aktrisalardan biridir” dedilər.

    Əynində qara şalvar var idi. Qarnı açıq idi, dekoltesi həddindən artıq böyük idi. Amma buna baxmayaraq, bir əli sinəsində idi, tez-tez yaxasını bir az da açırdı...Qıvrım saçları üz-gözünə tökülmüşdü, elə bil hamamdan indi çıxmışdı. Bəlkə lap yaxından yaxşı görünürdü, amma uzaqdan belə təsir bağışlayırdı...

    Bizdə səhnəyə belə çıxırlar
    Onlarda səhnəyə belə çıxırlar

    Sonra söz mədəniyyət naziri Adil Kərimliyə verildi. Nazir Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışdı.

    Dedi ki, 125 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət nümayiş etdirib: “Biz sevinirik ki, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlarımız, ustadlarımız var. Bu sahədə yetərincə istedadlı və öz sözünü deməyi bacaran gənclərimizi də xüsusən qeyd etmək istərdim. Azərbaycan kinematoqrafiyasının hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyev milli kinonun inkişafına xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda, Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, həmçinin milli kinematoqraf məhsullarının nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi məhz bu sahəyə olan qayğının və diqqətin göstəricisidir. Bu gün də Mədəniyyət Nazirliyi olaraq təşkil edilən Kino Forumundan başlayaraq bütün fəaliyyətimiz komanda şəklində bu sahədə olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaqdır. Kinomuzun tarixi uğurları timsalında düşünürəm ki, zamanla bizim kinematoqrafiya öz layiqli inkişaf yolunu tapacaq. Mən, eyni zamanda, bu günlərdə iki ittifaqın könüllü olaraq birləşməsini xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə bizim dəyərli sənətkarlarımız olan Rasim Balayev və Şəfiqə Məmmədova çox böyük bir addım atmış oldular. Düşünürəm ki, bu, Azərbaycan kinematoqrafiyası üçün böyük bir çağırış oldu. Bu sahəni inkişaf yoluna çıxara bilmək üçün bu cür birləşmək ən gözəl addımdır”.

    Qarnı-başı açıq aktrisa “nastroyeniyasız” oğlan aparıcı ilə sənhənin bir qırağında qalmışdılar...

    Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova nazirin təqdimatı ilə səhnəyə çıxdılar. Kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan mövcud işlərin təşkilindən məmnunluqlarını bildirərək, kino xadimlərinə uğurlar arzuladılar.

    Şəfiqə xanım kinematoqrafiyanın inkişafında gördükləri işlərə görə kinoşünas, 83 yaşlı Aydın Kazımzadəni və kinoşünas Ayaz Salayevi səhnəyə dəvət etdi ki, mükafatlarını versin. İkisinə də yüksək səslə dedi ki, pulunuz hesabdadır.

    Elə bilirdim Ayaz Salayev səhnəyə çıxmayacaq... Amma çıxdı da, mükafatı aldı da. “Elə bilirdim çıxmayacaq” ona görə yazram ki, Ayaz Salayev hətta ötən əsrin 60-80-ci illərində çəkilmiş heç bir klassik Azərbaycan kinosunu bəyənmir. Ümumiyyətlə, hesab edir ki, Azərbaycanda onun 1995-ci ildə çəkdiyi “Yarasa” filmindən başqa film yoxdur!

    Mədəniyyət naziri zalda oturan özbək həmkarı ilə “Muskomediya”ya tələsdiyi üçün üzr istədi. Rasim Balayev səhnədən söz atdı ki, Özbəkistanda 5 fimə çəkilib. Özbək nazir hörmət əlaməti olaraq səhnəyə çıxdı və Rasim Balayevə təşəkkür etdi və iki nazir zalı tərk etdi.

    Sonra bir qrup kino xadimləri və gənc kino işçiləri bir neçə gün əvvəl birləşmələri barədə bəyanat verən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi xüsusi fəxri fərmanlarla təltif olundular. Mükafatları Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayev təqdim edirdilər.

     Qarnı-başı açıq aktrisa “nastroyeniyasız” oğlan aparıcı ilə sənhənin bir qırağında qalmışdılar...

    Tədbirin sonunda “Avanqard” kamera orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramı təqdim edildi. Kino yoxdur axı göstərməyə...

    Kino günündə Kamera orkestri konsert verir