Quran və nisbilik nəzəriyyəsi
Peyğəmbərin təlimləri, fikir və sözləri bu gün də aktualdırsa, demək, həzrət Muhəmməd hələ də sağdır
Enşteyn nisbilk nəzəriyyəsini irəli sürdü. Nyutonun zamanın qeyri-məhdud olduğuna dair nəzəriyyələrini alt-üst edir. Amma ətrafındaki alimlər belə onu başa düşməkdə çətinlik çəkirdilər. Axı necə ola bilər ki, isti su eyni zamanda həm isti olsun, həm də soyuq?
Axı necə ola bilər ki, qalaktikadaki ulduz eyni zamanda həm var olsun, həm də yox?
Axı necə ola bilər bilər ki, bir əşya eyni zamanda həm faydalı olsun, həm də təhlükəli?
Enşteyn bunlara cavab verməli idi, verir də.
1. İsti su eyni zamanda özündən qaynar suya görə soyuq, soyuq suya görə istidir.
2. Qalaktikada görünən ulduz neçə milyon il əvvəl partladığından və işiğı hələ də bizə gəlib çatdığından eyni zamanda həm var, həm də yox.
3. Silah mənim əlimdə olanda faydalı, düşmənin əlində olanda isə təhlükəlidir. Heç birimizin əlində olmadıqda isə adi dəmir parçasıdır.
Eyni zamanda da əşyanın dördüncü xüsusiyyəti olan zaman da. A nöqtəsindən B nöqtəsinə məsafə 100 km dir (şərti olaraq).
Saatda 5 km sürətlə hərəkət etədən piyada bu yol təqribən 3 günə, velosipedlə 1 günə, avtomibil ilə 1 saata, sərnişin təyyarəsi ilə 10 dəqiqəyə, qırıcı təyyarə ilə 1 dəqiqəyə qət edə bilər. Bəs saniyədə 342.2 metr qət olan səs sürəti? Bəs sürəti 300.000.000 km olan işıq sürəti ilə necə? Burada artıq zaman dayanır. İşıq sürətindən daha sürətli hərəkətdə isə zaman artıq geri hesablanmağa başlanır (bu hələlik bir nəzəriyyədir), A və B nöqtələri arasında məsafə isə eyni qalır.
İndi gələk Qurana.
İnancla əlaqəli olan mövzularda.
* İnsanlardan bəziləri şəhid olsalar da, onlar Qurana görə diridirlər. Çünki bir vaxtlar parlayıb bu gün də işığı bizə gələn ulduzlar kimi şəhidlərin gördükləri işlərin nəticəsi qalmaqdadır. Deməli, ölüm də nisbidir. Peyğəmbərin təlimləri, fikir və sözləri bu gün də aktualdırsa, demək, həzrət Muhəmməd hələ də sağdır.
(Ardı var)