BLOQ

Quranın söz ecazı

Bu yazını Quranda səhvlər axtaran və "Quranın Allah kəlamı olduğuna inanmıram" deyib yeni  inanc sistemi yaradanlara cavab olaraq yazıram

Quranın söz ecazı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bir daha qayıdaq planetlərin qalaktikadakı hərəkətindən xəbər verən Yasin surəsinin 38-40 cı ayələrinə.

    38. Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
    وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

    39.Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.
    وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ

    40.Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) Hər biri (özünəməxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.
    لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

    * İndi isə 40-cı ayənin son kəlməsinin tələffüzünə nəzər salaq:
    وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
    (Və kullun fi fələkin yəsbəhun)

    İndi isə hərflərin quruşuna  diqqət yetirək. 

    Kullun fi fələkin - hamısı göydə... sözü sağdan sola necə yazılırsa, soldan da sağa eyni formada yazılıb eyni mənanı verir. Hərflərin düzülüşü sizə qalaktikadaki planetlərin hərəkətini xatırlatdımı? Dilçilikdə buna "Polindrom" deyilir. 

    "Hə, burada nə var ki, hər dildə belə sözlər var. Məsələn, ana-ata-ağa və s." deyənlərə belə bir sualım var: Siz hansısa sözləri misal olaraq gətirirsiniz, Allahın kitabında isə əlaqəli olaraq elmi həqiqətin üstü açılır və ayələr arasında sıx bağlılıq təqdim edilir. Quran ifadəsi ilə desək, bacarırsınızsa, onun kimi bir cümlə gətirin. Və bu işdə bütün dillərdən və dilçilərdən də kömək alın.