XƏBƏRLƏR / Hökumət

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

Bu barədə Macarıstanın yeni Baş naziri Peter Madyar məlmat verib

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Macarıstanın sabiq Baş naziri Viktor Orbanın dövründə Budapeştin tarixi rayonunda keçmiş Karmelit monastırında ("Karmelita kolostor") yerləşən hökumət iqamətgahına köçməyəcəm.

    Bu barədə Macarıstanın yeni Baş naziri Peter Madyar "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    O, həmçinin bəyan edib ki, xidməti nəqliyyat vasitəsi kimi seçkiqabağı kampaniya zamanı istifadə etdiyi avtomobili istifadə edəcək:

    "Xidməti avtomobil kimi seçkiqabağı kampaniyam zamanı istifadə etdiyim "Škoda"dan istifadə edəcəyəm. Eyni zamanda rəsmi hökumət iqamətgahına köçməyəcəyəm".

    Macyar son vaxtlar istifadə etdiyi mavi rəngli “Skoda Superb” avtomobilinin şəklini də paylaşıb. Macarıstan mediasının məlumatına görə, onun şəxsi evi Budapeştin ən nüfuzlu məhəllələrindən birində, Buda təpələrində yerləşir.