XƏBƏRLƏR / Siyasət

Makron Paşinyanla görüşüb

Bu barədə Ermənistan hökuməti məlumat verib

Makron Paşinyanla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona Brüsseldə keçirilən müzakirələrin nəticələrini açıqlayıb.

    Bu barədə Yelisey sarayında keçirilən görüşün ardından Ermənistan hökuməti məlumat verib.

    Daha əvvəl Paşinyan Brüsseldə Ursula fon der Lyayen və Antoniu Koşta ilə üçtərəfli görüşdə iştirak edib.

    Qeyd olunur ki, Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub. Ermənistanın baş naziri Makronu Fransanın milli bayramı münasibətilə təbrik edib, Fransa Prezidenti isə "Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə sadiqliyini vurğulayıb".

    "Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm", - Paşinyan "X" sosial şəbəkəsində yazıb.