XƏBƏRLƏR / Hadisə

“Mango”nun qurucusu faciəvi şəkildə öldü

İş adamı Kataloniyada dərəyə yıxılıb

“Mango”nun qurucusu faciəvi şəkildə öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu İsak Andik faciəvi şəkildə ölüb.

    İş adamı Kataloniya muxtariyyətində dağlıq ərazidə dərəyə yıxılıb.

    BBC-nin məlumatına görə, hadisə onun ailəsi ilə ekskursiyada olduğu zaman baş verib. 150 metr hündürlükdən yıxılan Andik dünyasını dəyişib. 

    Qeyd edək ki, İsak Andik İspaniyanın ən zəngin iş adamlarından biri idi.