XƏBƏRLƏR / Təbiət

Maqnit qasırğası gözlənilir

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb

Maqnit qasırğası gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 30-31 dekabrda geomaqnit qasırğası gözlənilir.

    Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 30-31 dekabrda əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.