XƏBƏRLƏR / Elm və Texnologiya

Marko Rubio Naməlum Uçan Obyektlərin mövcudluğundan danışıb

ABŞ hərbi bazalarının üzərində dəfələrlə Naməlum Uçan Obyektlər müşahidə olunub

Marko Rubio Naməlum Uçan Obyektlərin mövcudluğundan danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Naməlum Uçan Obyektlərin (NUO) tədqiqatları ciddi şəkildə nəzərdən keçirilməlidir.

    Onun sözlərinə görə, ABŞ hərbi bazalarının üzərində dəfələrlə Naməlum Uçan Obyektlər müşahidə olunub.

    Rubio qeyd edib ki, bu, sui-qəsd nəzəriyyəsi deyil, ABŞ hava məkanında nəyin uçduğunu anlamaq ehtiyacıdır.

    "İnsanlar düşünür ki, biz nəyisə gizlədirik. Amma sizi əmin edirəm ki, əgər biz nəyisə bilsəydik, Amerika Birləşmiş Ştatlarının Prezidenti bunu araşdırardı. O, televiziyada əsas vaxtda çıxış edər, foto və videolar göstərərdi", - Rubio zarafatla bildirib.