XƏBƏRLƏR / Hava

Masazırda bəzi ərazilər subasmaya məruz qalıb

Bu aramsız yağan yağışların nəticəsidir

Masazırda bəzi ərazilər subasmaya məruz qalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İntensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb. 

    Evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla, ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.