XƏBƏRLƏR / Kriminal

Masazırda qadın ərini qətlə yetirib

1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib

Masazırda qadın ərini qətlə yetirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.

    Avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı, 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırma aparılır.