XƏBƏRLƏR / Kriminal

Maştağada qətl hadisəsi olub

16 yaşlı yeniyetmə saxlanılıb

Maştağada qətl hadisəsi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.

    Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.