MDB, Aİİ və KTMT-dən çıxmaq Ermənistanın marağında deyil
Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin sualına cavab verərək deyib
"Düşünmürəm ki, MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-dən çıxmaq Ermənistanın marağındadır. Amma son nəticədə bu ölkənin öz seçimidir. O ki qaldı Ermənistan baş nazirinin birgə tədbirlərə qatılmamasına, biz bildiyimiz qədər, bu - Ermənistanın daxilində bəzi proseslərlə bağlıdır".
Bunu "Vladimir Putinlə birbaşa xətt-2023" televiziya çıxışında Rusiya Prezidenti deyib.
Putin həmçinin bəyan edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan olub: "Qarabağı tərk edən Rusiya deyil. Erməni tərəfdaşlar “belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”.