XƏBƏRLƏR / Məhkəmə

Məhkəmə İmamoğlunun diplomunun ləğvini qüvvədə saxlayıb

Bu barədə Türkiyə KİV-i məlumat yayıb

Məhkəmə İmamoğlunun diplomunun ləğvini qüvvədə saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Dövlət Şurası (Danıştay) İstanbulun keçmiş bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğv edilməsinə dair qərardan verilən şikayəti rədd edib.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Məlumata görə, Danıştayın 8-ci palatası İmamoğlunun vəkillərinin apellyasiya instansiyasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Beləliklə, İstanbul Universitetinin onun diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, İstanbul Universiteti İmamoğlunun 1990-cı ildə Şimali Kiprdəki Girne Amerika Universitetindən köçürülməsi zamanı qanun pozuntularına yol verildiyini əsas gətirərək diplomunu ləğv edib. Universitet həmin ali məktəbin o dövrdə Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmadığını və köçürülmə qaydalarının pozulduğunu bildirib.