Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini uzadıb
Erməni iş adamı külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur
İrəvan Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın məhkəməyəqədərki həbs müddətini üç ay uzadıb. Qərar yeni dərc edilib.
Xatırladaq ki, Qaqik Tsarukyan 7 iyulda külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib. Daha sonra ona qarşı vergidən yayınma ittihamı ilə yeni ictimai cinayət işi açılıb.
Sentyabrın 4-də məhkəmə erməni iş adamının məhkəməyəqədərki həbs müddətini iki ay uzadıb.
1 dəqiqədən az