XƏBƏRLƏR / Məhkəmə

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

"Armenpress" xəbər verir

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvanın Birinci İnstansiya Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.

    "Armenpress" xəbər verir ki, bu barədə jurnalistlərə Q.Tsarukyanın vəkili Emin Xaçatryan bildirib.

    "Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb. Biz bu qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyik", - E.Xaçatryan bildirib.

    Xatırladaq ki, Qaqik Tsarukyan bu ilin iyulunda həbs edilib. Hüquq-mühafizə orqanları onun şəxsi iqamətgahında, eləcə də onunla və ailəsi ilə əlaqəli bir sıra şirkətlərdə və digər obyektlərdə axtarışlar aparıb. Q.Tsarukyana qarşı külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Daha sonra ora vergidən yayınma ittihamları da əlavə edilib.