Məhkəmə Vardanyanın şikayətini rədd etdi
R.Vardanyanın vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib
Bir neçə gün əvvəl həbs edilmiş separatçı rejimin "dövlət naziri" Ruben Vardanyanla bağlı həbs qərarından şikayət verilib.
R.Vardanyanın vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq şikayəti rədd edib.
Qeyd edək ki, R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittihasm irəli sürülüb, barəsində həbs qərimkan tədbiri serçilib.