XƏBƏRLƏR / Təhsil

Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

    Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

    Qeyd edək ki, Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.