"Mən Vətənpərvər deyildim..."
Vahid Mustafa yevin ailəsi barədə TRT Kanalının filmi
"Mən Vətənpərvər deyildim..." - Vahid Mustafa yevin ailəsi barədə TRT Kanalının filmi.
Əzizim Zeliha xanım, TRT-nin “Ömür Dediyin” verilişinin gözünün işığı Dəniz xanım, Sərpər bəy!
Yəqin ki, mənim etinasızlıq göstərdiyimi düşünür və inciyirsiniz.
Ancaq elə deyil. Sadəcə, Azərbaycandan uzaqda - xaricdə olduğumdan verilişə baxmaq imkanım olmadı, lakin Bakıya döndükdə bunu həmən etdim və geniş palitralı hisslər keçirdim. Verilişin peşəkar strukturu, müəllifin söhbəti su kimi axırına aparması və Azərbaycanın müasir tarixinin həzm olunan tərzdə bütün 200 miliondan çox olan Türk dünyasına çatdırılması məni və arxadaşlarımı heyran etdi.
“Ömür Dediyin – Vahid Mustafayev” haqqındakı verilişinizə və qənaətinizə görə Sizə dərin təşəkkür etmək istəyirəm.
Şadam ki, varsınız və şadam ki, mücadiləmiz millidir və məcmuədə həlli hər iki Dövlətimizə faydalı olacaq!
Verilişlərinizin dəyərini tarix verəcək, böyük Dağın əzəməti uzaqdan görünər. Bu gün Sizin səyləriniz nəticəsində bir millətin oğulları bir-birini tanıyaraq birləşməyə addım atırlarsa, yarın, in şa Allah, bütün Türk topluları polad zəncir kimi möhkəm olaraq fəlakətə gedən bu dünyanın xilaskarı olacaq!
Fürsətdən istifadə edərək AzTV-nin Xarici Əlaqələr Departamentinin rəhbəri Vüsalə xanıma da dərin təşəkkürlərimi bildirmək istəyirəm. Sizin bu birlikdə zəhmətiniz çoxdur, Allah ürəyinizcə versin!
Bir daha ANS ailəsindən və şəxsən məndən gələn tükənməz təşəkkürlərimizi qəbul etməyinizi rica edirəm. Müvəffəqiyyətin Təmənnası ilə,
Sizin Azərbaycandakı arxadaşınız Vahid Mustafa yev