Juninyo:“Qarabağ”a daha da faydalı olmaq istəyirəm
“Linkoln”la sonuncu oyunda üç qol vuran ağdamlıların hücumçusu

Azərbaycanın “Qarabağ” futbol klubunun hücumçusu Juninyo azerisport.com saytının müxbirinin suallarını cavablandırıb.
- Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Cəbəllütariq “Linkoln”u üzərində qazanılan qələbə (5:0, ilk oyun – 2:0) haqda nə deyə bilərsiniz?
- Digər şeylərlə yanaşı, bu oyun özünə inam qazanmaq və oyun təcrübəsi baxımından əhəmiyyətli idi. 3-cü təsnifat mərhələsinə hazırlaşmağa bir həftə vaxtımız var.
- İlk hissədə het-trik etdikdən sonra qarşısıalınmaz görünürdün və getdikcə daha çox qol vurmaq istəyirdin. Bu tələbat haradan qaynaqlanır?
- “Qarabağ”a daha da faydalı olmaq istəyirəm. Bütün bunlar təlimlərdəki işimizin bəhrəsidir.
- Səhv etmiriksə, bu, “Qarabağ”lı futbolçunun avrokuboklarda ilk het-trikidir. Nailiyyətiniz haqqında nə deyə bilərsiniz?
- Mənim üçün gözəl və sevindiricidir. Amma əsas olan komandanın qələbəsi və növbəti mərhələyə yüksəlməsidir.
- Bu yolun sonu - Çempionlar Liqasının əsas mərhələsidir?
- Oyundan oyuna hədəfimizə doğru irəliləyəcəyik. Ondan əvvəl getmək üçün bir yol var. İşləmək lazımdır.
- Adətən bu mərhələdə ev matçlarına çox tamaşaçı gəlmir, lakin bu oyunda arena demək olar ki, dolu idi. Bu qədər azarkeş axınını gözləyirdinizmi?
- Düzünü desəm, bəli. Bu mövsümün vaxtıdır ki, azarkeşlər çempionat matçlarından daha çox həvəslə oyunlara gedirlər. Ümid edirəm ki, Premyer Liqada da yaxşı dəstəyimiz olacaq.
- Çempionlar Liqasının oyunları arasında diqqəti Premyer Liqa oyunlarına cəmləmək çətin olmayacaq, çünki həftənin sonunda Azərbaycan Preyer Liqanın oyunları başlayacaq və sizi “Araz” – “Naxçıvan”la oyun gözləyir?
- Turnirdən asılı olmayaraq, konsentrasiyamız həmişə ən yüksək səviyyədə olacaq. Düşünürəm ki, Premyer Liqada qarşıdakı start da istisna olmayacaq