XƏBƏRLƏR / Kriminal

Meğri-Qafan dəmir yolunun relslərini Serjik Sarkisyan satıb

Bu barədə erməni jurnalistinin araşdırmasında deyilir

Meğri-Qafan dəmir yolunun relslərini Serjik Sarkisyan satıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Erməni jurnalisti Qevorq Tasunyan Meğri-Qafan dəmir yolunun relslərinin aqibəti haqda araşdırma aparıb.

    Məlum olub ki, dəmir yolunun relsləri və şpalları (hərbi cani - ANS Press)  Serjik Sarkisyan Ermənistanın müdafiə naziri olduğu vaxt (2000-2007 il), Qarabağda istehkam qurulması adı ilə sökülüb. 

    Strateji əhəmiyyət kəsb edən 40 kilometrlik Meğri-Qafan dəmir yolu Müdafiə Nazirliyinin əmri ilə sökülüb.

    2003-cü ildə nazir Serj Sarkisyan və onun əlaltıları Zəngəzur Mis-Molibden Kombinatına 2000 tona qədər relsləri 320 min dollara satmışdı. Müqaviləni Müdafiə Nazirliyi adından nazir müavini Yuri Xaçaturov imzalayıb.

    Jurnalistin yazdığına görə, dəmir yolu relsləri (kağız üzərində) bir ton üçün təxminən 160 dollara satılıb.

    2000-ci illərin əvvəllərində Ermənistanda o zaman Serj Sarkisyanın rəhbərlik etdiyi Müdafiə Nazirliyinin də iştirak etdiyi daha bir mühüm infrastruktur layihəsi sökülərək satılıb.

    2004-cü ildə İrəvanın meri Yervand Zaxaryanın qərarı ilə tramvay xətləri bağlanıb. Müdafiə Nazirliyi cəbhə bölgələri üçün zəruri olduğunu əsas gətirərək 5 688 ton dəmir-dümür relslər qəbul edib. Lakin orduda cəmi 137 ton istifadə edilib. Qalan 5 551 ton isə Mihran Poqosyanın əmisinə (Mixail Arutyunyana) məxsus olan "Meteksim" şirkətinə satılıb.