BLOQ

M.Ə.Rəsulzadə -140: Yubiley tədbirləri Türkiyədə

4-5 mart 2024-cü il, İstanbul

M.Ə.Rəsulzadə -140: Yubiley tədbirləri Türkiyədə
  • Oxuma müddəti:

    1 dəqiqə

  • M.Ə. Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi barədə dövlət başçısının 30 dekabr 2023-cü tarixli Sərəncamı ilə start verilən və altı təşkilatçı qurum tərəfindən nizamlanaraq 29 yanvar-1 fevral 2024 tarixlərində Bakıda "ll Beynəlxalq Rəsulzadə qiraətləri" formatında 4 gün davam edən möhtəşəm yubiley tədbirləri silsiləsinin coğrafiyası genişlənir.

    Məhəmməd Əmin bəyin xatirəsini Rəsulzadənin ən sıx tellərlə bağlı olduğu Türkiyədə, onun Anım günləri ərəfəsində keçirmək qərarı hələ Bakı konfransı günlərində verilmişdi.

    Və çox şadıq ki, bu niyyətiniz baş tutdi, martın 5-də İstanbul Universitetində, martın 6-da isə Ankara Universitetində
    "Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası" mövzusunda Türkiyənin və Azərbaycanın rəsmi və elmi qurumlarının təmsilçiləri, millət vəkilləri, alimlər, ictimai təşkilatlar və media nümayəndələri və təbii ki, tələbələrin iştirakı ilə ard-arda iki möhtəşəm elmi konfrans keçirildi.

    "Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun təşkilatçılar sırasında ən fəal surətdə təmsil olunduğu hər iki tədbir barədə çox geniş məlumat vermək, dinlənilən çıxışlar, məruzələrdə səsləndirilən maraqlı fikirləri diqqətinizə çatdırmaq istərdim, amma hələ Ankaradayıq və Rəsulzadə tədbirləri silsiləsində görüşlərimiz bu gün və sabah da davam edəcək. Odur ki, indi yalnız aşağıdakı şəkillər fonunda və hələlik İstanbul konfransı haqda ən qısa məlumatlarla kifayətlənməli olacağam.