Məşhur italyan modelyeri Corco Armani 91 yaşında vəfat edib
Xəbəri "AGI" və "La Repubblica" agentliyi yayıb

İtaliyanın "AGI" və "La Repubblica" agentliyi xəbər verir ki, italyan modelyer və sahibkar, “Armani” şirkətinin yaradıcısı, İtaliyanın ən varlı adamlarından biri Corco Armani (Giorgio Armani) 91 yaşında vəfat edib.
Xatırladaq ki, o, həm də “Amerikan Giqolosu”, “Qəriblərin rahatlığı”, “Toxunulmazlar”, “Matrix” və “Gənc Papa” filmlərinin geyim dizayneri olub.
2020-ci ildə Corco Armani BMT-nin Dünya Turizm Təşkilatının səfiri olub.