Polad Bülbüloğlu 3-cü dəfə evləndiyini təkzib etdi
Daha əvvəl mediada 81 yaşlı Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu barədə məlumat yayılmışdı
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə ailə həyatı qurması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Polad Bülbüloğlu “Novoye Vremya” qəzetinə açıqlamasında bu barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə xəbərləri təkzib edib.
Xatırladaq ki, daha əvvəl mediada 81 yaşlı Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu barədə məlumat yayılıb.


1 dəqiqədən az