60 yaşdan yuxarı kişilərin boşanma sayları get-gedə artır
Bu Dövlət Statistika Komitəsinin hesabatından məlum olub
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 60 yaşdan yuxarı kişilər arasında boşanmaların sayı artmaqdadır: 2025-ci ildə 838 nəfər boşanıb ki, bu da 2021-ci ildəki 563 nəfərdən 48,8% çoxdur.
Sosioloq Mail Yaqub bunu həyat tərzindəki dəyişikliklə əlaqələndirir: "Bu gün 60 yaşlı insan həyata 30 yaşlı insanın 50 il əvvəlki kimi baxa bilər".

O, həmçinin boşanmanın qanuni olaraq daha əlçatan hala gəldiyini və alternativlərin sayının artmasının insanları yeni həyata başlamağa təşviq etdiyini qeyd edib.
Onun sözlərinə görə, ailənin dağılmasının mənfi sosial nəticələri var və cəmiyyət bunların qarşısını almağa çalışmalıdır.
1 dəqiqədən az