XƏBƏRLƏR / Siyasət

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Bu barədə İran mətbuatı yazır

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

    Bu barədə İran mətbuatı yazır.

    Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.

    Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.

    Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.