Balalarımız ABŞ-da Olimpiadanın qalibi olublar
Mətanət Mustafayeva və Ziya Novruzsoy Beynəlxalq Kopernik Olimpiadasında iştirak ediblər
Azərbaycanlı qızımız ABŞ-da keçirilən Kopernik Olimpiadasında qızıl medal qazanıb.
Azərbaycan-Britaniya Məktəbindən Mətanət Mustafayeva ABŞ-ın Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təbiət elmləri üzrə qızıl medal qazanıb.
Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy Texasın (ABŞ) Rays Universitetində keçirilən Təbiət Elmləri üzrə Beynəlxalq Kopernik Olimpiadasında birinci yeri tutub.
Olimpiadada Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan və İndoneziya da daxil olmaqla 20-yə yaxın ölkədən nümayəndələr iştirak edib.
Olimpiada iştirakçıları həmçinin ABŞ federal hökumətinə məxsus Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) qabaqcıl tədqiqatları və layihələri haqqında məlumat əldə ediblər.