XƏBƏRLƏR / Seçki

Məzahir Pənahov yenidən MSK sədri seçilib

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahov yenidən MSK sədri seçilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

    İclasda təşkilati məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

    Məzahir Pənahov yenidən MSK sədri seçilib. Məzahir Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib.

    İclasda Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov MSK-nın katibi seçiliblər.

    Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, Pənahov 26 ildir MSK sədri vəzifəsini tutur. 1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib