XƏBƏRLƏR / İqtisadiyyat

Mikayıl Cabbarov bp şirkətinin rəsmisi ilə görüşüb

Şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell Bakıda səfərdədir

Mikayıl Cabbarov bp şirkətinin rəsmisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb.

    Paylaşımda deyilir:

    "30-cu Bakı Enerji Həftəsi çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşdük.

    Biz bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrin səmərəliliyinin artırılması, əməliyyat səmərəliliyinin və uzunmüddətli davamlılığın artırılması üçün innovativ texnologiyaların və rəqəmsal həllərin inteqrasiyasına xüsusi diqqət yetirməklə bağlı fikir mübadiləsi apardıq".