XƏBƏRLƏR / İqtisadiyyat

Mikayıl Cabbarov Tatarıstan nümayəndələri ilə görüşüb

Bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib

Mikayıl Cabbarov Tatarıstan nümayəndələri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Tatarıstan (Rusiya) arasında əməkdaşlığın inkişafı müzakirə edilib.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

    "Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri cənab Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik, birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - deyə o qeyd edib.