Mikayıl Cabbarov Erdal Baxçıvan ilə görüşüb FOTO
İqtisadiyyat naziri İstanbul Sənaye Palatasının Direktorlar Şurasının sədri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
 
                                Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının Direktorlar Şurasının sədri Erdal Baxçıvan ilə görüşüb.

"İstanbul Sənaye Palatasının Direktorlar Şurasının sədri Erdal Baxçıvanın rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə salamlamaqdan məmnunluq duyuruq.
Müzakirələr zamanı tərəflər Palata üzvü olan şirkətlərlə Azərbaycan müəssisələri arasında əməkdaşlığın fəal inkişafı, potensial birgə layihələrin həyata keçirilməsi və investisiya, enerji, ticarət, sənaye, rəqəmsal texnologiya, infrastruktur və digər əsas sektorlarda əməkdaşlığın şaxələndirilməsi məsələlərinə toxunublar.
Hər iki ölkənin istehsal və ixrac potensialının qlobal miqyasda genişlənməsinə töhfə verən strateji tərəfdaşlıqların gücləndirilməsi biznes əməkdaşlığımızın əsas prioritetlərindən biri olaraq qalır", - Cabbarov sosial media hesabında yazıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            