XƏBƏRLƏR / Münaqişə

Mikayıl Cabbarov Qüdsdə Trampın Qəzza planını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri İsrailin xarici işlər naziri Gideon Saarla görüşüb

Mikayıl Cabbarov Qüdsdə Trampın Qəzza planını müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Gideon Saar Trampın Qəzza planını müzakirə ediblər.

    Mikayıl Cabbarov və Gideon Saar iqtisadi tərəfdaşlığın genişləndirilməsi, strateji layihələrin perspektivləri və Azərbaycanın artan tranzit potensialını müzakirə etmək üçün Qüdsdə görüşüblər.

    Tərəflər, həmçinin, Trampın Qəzza planını, Azərbaycan-Ermənistan məsələsini və ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.