XƏBƏRLƏR / Münaqişə

Pakistan Hindistana qarşı hərbi əməliyyata başlayıb

Bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb

Pakistan Hindistana qarşı hərbi əməliyyata başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

    Bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur.

    Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.

    Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.

    Pakistan Hindistandan gələn zərbələr fonunda bu gün günortaya qədər hava məkanını bağlayıb.

    “Ölkə Hindistan ordusunun zərbələrindən sonra təhlükəsizlik problemlərindən narahat olduğu üçün saat 03:15-dən 12:00-a qədər bütün uçuşlar üçün hava məkanını bağlayır”, – məlumatda deyilir.