Milli Məclis hökumətin hesabatını müzakirə edir
İclasda Baş nazir Əli Əsədov, nazirlər və dövlət komitə və agentlik rəhbərləri iştirak edir
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
İclasda Baş nazir Əli Əsədov, nazirlər və dövlət komitə və agentlik rəhbərləri iştirak edir.
Ə.Əsədov hesabatı təqdim edəcək və müzakirələrdən sonra deputatların suallarını cavablandıracaq.
Hesabatda ötən il ərzində sosial-iqtisadi, siyasi, mədəni və digər sahələrdə görülən işlər barəsində geniş məlumatlar öz əksini tapıb.