
20:00
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir.
Səfər çərçivəsində spiker Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edib.
İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.
***
10:56
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edib. .
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.