XƏBƏRLƏR / İdman

Millimizin İslandiya ilə oynayacaq heyyəti məlum oldu

Bakıda İslandiya yığması ilə keçiriləcək D qrupunun 5-ci tur matçı 21:00 start götürəcək

Millimizin İslandiya ilə oynayacaq heyyəti məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan milli komandasının 2026-cı il Dünya Kuboku seçmə mərhələsində bu gün Bakıda İslandiya ilə keçiriləcək D qrupunun 5-ci tur matçı üçün heyəti dəqiqləşib.

    "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Mustafa Əhmədzadə 23 oyunçudan ibarət yekun heyətdə yer almayan yeganə oyunçudur.

    Daha əvvəl Elvin Cəfərquliyev xəstəlik səbəbindən heyətdən çıxmışdı, Şahruddin Maqomedəliyev də sarı vərəqələrin toplanması səbəbindən cəzalı olduğu üçün matçı buraxacaq.

    Buna görə də "milli" heyət aşağıdakı kimidir:
    Qapıçılar: Rza Cəfərov, Aydın Bayramov, Səlahət Ağayev;

    Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Bədəvi Hüseynov, Anton Krivotsyuk, Qismət Aliyev, Rəhman Daşdəmirov, Elvin Bədəlov, Cəlal Hüseynov, Rüfət Abbasov;

    Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə, Ceyhun Nuriyev, Emin Mahmudov, Anatoli Nuriyev, Abdula Xaybulayev, Rüfət Abdullazadə;

    Hücumçular: Nəriman Axundzadə, Renat Dadaşov, Rüstəm Əhmədzadə, Xəyal Əliyev.

    Azərbaycan - İslandiya oyunu bu gün Palms Sports Arenada keçiriləcək və saat 21:00-da başlayacaq.