Milliyyətçi müxalifət Makronu seçkilərdə darmadağın etdi
Bunu deməyə Fransanın Daxili İşlər Nazirliyinin açıqladığı yekun məlumatlar əsas verir
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunda ifrat sağçı "Milli Birlik" partiyası və onun müttəfiqləri 33,15% səslə birinci yeri tutub. Bunu respublikanın Daxili İşlər Nazirliyinin açıqladığı yekun məlumatlar sübut edir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, solçu Yeni Xalq Cəbhəsi alyansı 27,99% səs toplayaraq ikinci yeri tutub.
“Respublika Naminə Birlikdə” prezident koalisiyası 20,04% səs toplayıb.
"Milli Birlik" Partiyası parlamentdə 240-dan 270-ə qədər yer (çoxluq) əldə edəcək. Milli TV-nin hesablamalarına görə, Makronun koalisiyası Milli Assambleyada 160-dan çox yeri itirir və 577 yerdən 60-dan 90-a qədər yer qazana bilər.
Seçkilərin birinci turunun nəticələri bir gün əvvəl, iyunun 30-da dərc olunmuş “exit-poll”un nəticələri ilə üst-üstə düşüb.
Fransada ölkədə keçirilən növbədənkənar seçkilərin birinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra iğtişaşlar başlayıb.