XƏBƏRLƏR / Kriminal

Mingəçevirdə kişi döyülərək öldürülüb, oğlu saxlanılıb

Bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib

Mingəçevirdə kişi döyülərək öldürülüb, oğlu saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mingəçevirdə kişi öldürülüb.

    Bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.