XƏBƏRLƏR / Rəsmi

Mirziyoyev avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb

Mirziyoyev avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq
Şavkat Mirziyoyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.

    Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

    Səfər proqramına iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər daxildir. 

    "Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri gündəlikdədir. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır", - açıqlamada deyilir.